Vətənpərvər xanımın övladının 18 yaşı tamam oldu VƏ HƏM DOĞUM GÜNÜ, HƏM DƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün, 10 iyun 2022-ci il tarixində Azərbaycanın vətənpərvər xanımlarından və daim Şəhid, Qazi ailələrinin yanında, onların dəstəkçisi olan Süsən Hüseynovanın övladının ad günü idi.

Etikxeber.az xəbər verir ki, Süsən Hüseynovanın övladı Məhəmməd Rəfiyevin bu gün 18 yaşı tamam olurdu.

Məhəmməd Rəfiyevin həm 18 yaşının tamam olması, həm də həqiqi hərbi xidmətə çağırılması ilə bağlı axşam saatlarında “Mirvari” şadlıq sarayında məclis düzənlənmişdi.

Məclisdə Süsən Hüseynovanın və Məhəmməd Rəfiyevin yaxılnları, doğmaları, o cümlədən Bakıdan, Sumqayıtdan, Bərdədən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, sənətçilər, media nümayəndələri və digər şəxslər iştirak edirdilər.

Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət himni səsləndirildi.

Sonra nəclisdə çıxışlar edildi, Məhəmməd Rəfiyevə uğurlar arzulandı, eyni zamanda, mahnılar ifa olundu, musiqilər səsləndirildi, tort kəsildi.

Milli və hərbi vətənpərvərlik ruhunda keçən məclis 4 saata yaxın davam edib.

22:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Müharibənin bir ayının tamamında və cəmi 19 yaşında Şəhid olan Tacir Cəfərovun adını daşıyan küçədə-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Təkmilləşməyə ehtiyacı olan müəllimlər təkmilləşdirmə kurslarına cəlb olunacaq”-TƏHSİL NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir