Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.
Əlimizə ilk qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.
Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir.
Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır…
…Yasamal rayon ərazisində yerləşən “Kafe Park” restaranında hər zaman xeyirxah əməlləri ilə seçilən, hər kəsin sevimlisi olan Hacı Kifayət Bayramova və restoranın rəhbəri Bayram Əbülfət oğlu Bayramovun təşəbbüs və təşkilatçılığı ilə Şəhid ailələri, aztəminatlı ailələrin övladları üçün bayram tədbiri keçrildi.
Tədbirdə öncə Qəhrəman oğulların-Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra çıxışlar başlandı, müxtəlif musiqilər səsləndi, uşaqların əylənməsi üçün şən klounlar məclisi daha da rəngarəng etdi.
Uşaqların sevincinin həddi-hüdudu yox idi. Müxtəlif oyunlar keçrildi, uşaqlar şerlər söylədilər, musiqi sədaları altında rəqs etdilər.
Daha sonra Şaxta baba uşaqlara yeni il hədiyyələri payladı.
Onu da qeyd edək ki, “Kafe Park” restoranında Şəhidlərin xatirəsi ehtiramla yad olunur və Şəhid övladlarına daim diqqət və qayğı ilə xidmət edirlər.
Başda restoranın rəhbərliyi və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik.
Altı ildir öz peşəkarlığı, gülər üzü ilə hər zaman Şəhid ailələrinin xidmətində dayanan Bayram Bayramov bütün masalarda əyləşən Şəhid ailələrinə yaxınlaşaraq onlarla görüşdü, onları salamladı.
Səmimi söhbət edərək, hər zaman onlara dəstək olacaqlarını bildirərək, onu da qeyd etdi ki, “Kafe Park” restoranın rəhbərliyi hər zaman Şəhid ailələrinə, Qazilərə təmənnasız xidmət göstərir.
Yolunuz hər açıq olsun, işlərinizdə uğurlar diləyirik, Hacı Kifayət Bayramova və Bayram Bayramov!





Raziyə KAMİLQIZI,
AYB və AJB-nin üzvü
Etikxeber.az





