“Vəzirov AXC-yə dialoq təklif etdi, dedi ki, Sovet rejimi hələ güclüdür, gəlin Ali Sovetə 50 adamınızı keçirdək…Elçibəy razılaşsa da, cəbhə radikalizminin təmsilçiləri əleyhinə çıxdılar…”-FAZİL MUSTAFA DA “SİRR PƏRDƏSİ”Nİ QALDIRDI

Xalq hərəkatının ən yüksələn vaxtında Vəzirov AXC-yə dialoq təklif etdi. Dedi ki, Sovet rejimi hələ güclüdür, gəlin Ali Sovetə 50 adamınızı keçirdək, tədricən Baltikyanı ölkələrdə olduğu kimi prosesləri demokratikləşməyə doğru aparın. Bu təkliflə Əbülfəz Elçibəy bəy razılaşsa da, cəbhə radikalizminin təmsilçiləri qəti qərarlarını açıqladılar: biz 360 yerin hamısını istəyirik! Bitdi. Dialoq olmadı.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədr müavini, BQP başqanı Fazil Musatafa Milli Şuranın sədri, professor Cəmil Həsənlinin “Hakimiyyətlə dialoqa gedən hər kəs tryapkadır və onlarla heç ayaqqabı da silmək olmur” ittihamına münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, əvəzində nələr olduğunu hamımız dərimizdə yaşadıq. Azərbaycanda siyasi proseslərin dinc məcrada getməsinə xalq adı ilə hökm verən kütlənin qorxusundan razılaşa bilmədik.

“Mütəllibovla da dialoqa gedənə satqın dedik, Heydər Əliyevlə də. Özümü kənara çəkmirəm, deyənlərin, yazanların, ittiham edənlərin başında mən də gəlirdim. Bəlkə də o dövrün aurasında bu davranışları anlamaq mümkün idi, lakin illər keçdikdən sonra hələ də bu kiçik ölkədə dialoqa münasibətini “tryapka” məntiqi ilə bildirən, həm də bunu dialoq mədəniyyətinin beşiyi olan bir ölkədən bildirən bir siyasətçi-buğanı görəndə xalqın gələcəyi ilə bağlı nikbin proqnozları yaxına buraxmaq çətin olur. İndi prezident İlham Əliyev də dialoq çağırışı edib, öz təmsilçisi vasitəsilə bütün partiyalara əməkdaşlıq təklif edir, parlamentin idarəçilik konfiqurasiyasında köklü dəyişikliklər edir, deməliyik ki, biz vətəndaş barışından imtina edirik, biz dialoqa nifrət edirik, siz hakimiyyəti bizə verməyincə sizinlə barışmayacağıq? Bu kiçik ölkədə bir millətin təmsilçilərinin dialoq içində problemləri müzakirə etməsi, ölkə həyatında bütün siyasi qüvvələrin hüquqi çərçivədə iştirakına aparan yolun açılmasına çalışılması əlbəttə ABŞ-da və başqa yerlərdə oturub ölkənin xaosa sürüklənməsini gözləyən tryapkaları rahatsız edəcək. Ancaq bu tək alternativsiz yoldur, bu ölkənin demokratikləşməsini danışaraq, uzlaşaraq etməzsək ötən əsrin doxsanıncı ilindən bəri baş vurmadığımız 20 yanvar dairəsinə yenidən dövrə vurmalı olacağıq…”-deyən F. Mustafa bir hadisəni də xatırladıb:

“Tryapkadan söz düşmüşkən, 2000-cü ildən sonra hakimiyyətlə gizli dialoqa gedərək parlamentdə təmsilçilik qazanan AXCP Milli Məclisin iclaslarına qatılmamaq barədə qərar qəbul edərkən, həmin partiya sıralarından siyahıya salınmış Cəmil Həsənli bu qərara etiraz edərək hakimiyyətlə dialoqa davam etmişdi, hətta partiya sıralarını da buna görə tərk etmişdi, o zaman dialoqa müsbət yanaşdığına görə tryapka olmuşdu, yoxsa əski parçası?”

Etikxeber.az

Read Previous

“Siyasi məhbus” məsələsi Azərbaycana təzyiq vasitəsi kimi hər zama bir silah kimi istifadə olunur…”-ƏLİ HÜSEYNLİ AŞPA-NI SƏRT TƏNQİD ETDİ

Read Next

“…İnsidentsiz, sakit tərzdə keçdi”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir