“Vəziyyət ziyanımıza olmamalıdır…” – NAZİR

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ikinci istehsalçısı olan İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxır.

Etikxeber.az “bloomberght.com”a istinadla xəbər verir ki, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan edib.

“Çünki İraq İŞİD ilə müharibə şəraitindədir. Biz OPEC-in siyasətinə və OPEC birliyinə daxilik. Lakin bu vəziyyət bizim ziyanımıza olmamalıdır”, – deyə Cabbar Əli əl-Layibi əlavə edib.

Nazir bildirib ki, İraqın sentyabrda gündəlik neft hasilatı 4,7 milyon barreldən çox olub və bu həcm arta bilər.

Etikxeber.az

Read Previous

Kitaroviçdən Əliyevə : “Dostunuz var…”

Read Next

Prezidentlər qeyri-rəsmi: nahar süfrəsi arxasında – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir