“Vəhşi”, “adamayeyən”, “qaniçən”…” – DEPUTAT

Azərbaycanın əhalisinin mütləq əksəriyyəti  müsəlman olduğundan İslam ölkələri ilə əlaqələr  xarici siyasət kursumuzun əsas prioritetlərindən biridir.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında  Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc  deyib.
Onun sözlərinə görə,  Azərbaycan müsəlman ölkəsi olsa da, quruluşca İslam respublikası deyil.
“Odur ki, Azərbaycan İslam ölkələrinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir  və dünyadakı müəslman ölkələri ilə sıx təmaslarda maraqlıdır. Bir sıra İslam ölkələri arasında müəyyən problemlər yaşansa da, Azərbaycan bunun fövqündə dayanaraq, bütün müsəlman ölkələri ilə qarşılıqlı maraqlar, beynəlxalq hüquq prinsiplərinə hörmət çərçivəsində  əməkdaşlıq etməyə üstünlük verdiyindən, onların hamısı ilə normal münasibətlərdədir”– deyə, millət vəkili vurğulayıb.
Azərbaycanın müsəlman ölkələrlə  normal münasibətlər qurmasını  vacib hesab edən millət vəkili deyib ki,  hər bir müsəlman ölkəsinin dünyanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri var və  bundan öz məqsədlərimiz üçün yararlanmalıyıq:
“Təsəvvür edin, uzun illər bundan öncə  Ermənistan istər uydurma soyqırımı, istərsə də digər  məsələləri dünya ictimaiyyətinə çatdırmaq  üçün hətta, uzaq Okeaniya adalarında yerləşən və bir neçə min əhalisi olan ölkələrdən belə istifadə edib. Ermənilər bu siyasi vahidlər hesabına müəyyən “uğurlar” da əldə edib. Ona görə də, Azərbaycan  gələcəkdəki hədəflərini nəzərər alaraq, bütün müsəlman ölkələri ilə yaxın münasibətlərini qoruyub saxlamalı və inkişaf etdirməlidir”.
Z.Oruc deyib ki, bu gün Azərbaycan  İslamı “qara bayraq” simvolikası adı  altında “vəhşi”,  “adamyeyən”,  “qaniçən”  və sair  formada təqdim edənlərdən fəqrli olaraq alternativ ortaya qoyaraq,  İslamın sülh, əmin-amanlıq, elm dini olduğunu dünyaya sübut etməyə çalışır.
“Ona görə də Azərbaycan bu ili “İslam Həmrəylik ili” elan etməklə, dünyaya  həqiqi İslamın  əmin-amanlıq, sülh şəraitində müxtəlif mədəniyyətlərin birgəyaşayış dini , elm və mütərəqqi din olduğunu dünyaya sübut etmək istəyir. Azərbaycan bu yolla həqiqi İslama öz xidmətini göstərmək istəyir ki, islam “qantökənlər”, “adambaşıkəsənlər” dini deyil. İndiki reallıqda İslam dininin üzləşdiyi bir mərhələdə bu çox önəmlidir. O baxımdan da, Azərbaycan üzərinə böyük bir missiyanı götürüb və  ümid edirəm ki, bunun öhdəsindən layiqincə gələcək”– deyə, millət vəkili bildirib.
M.B
Etikxeber.az

Read Previous

İslam Məsləhət Şurasında olan deputatlarımız iranlılar tərəfindən alqışlandı…

Read Next

Prezident həmməruzəçilərlə nədən danışdı? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir