“Vətən” ləqəbəli İkinci Vətən Müharibəsi Şəhidi Vüqar İsmayılov…DƏRD DALINCA DƏRD…CƏMİ İKİ AY ƏRZİNDƏ 3 İTKİ…OĞUL, NƏNƏ, BABA İTKİSİ…VƏ LAQEDYD, BİGANƏ MÜNASİBƏT…ŞƏHİD VALİDEYNLƏRİNƏ QARŞI HAQSIZ MÜNASİBƏT ARADAN QALDIRILACAQMI, ONLARLA MARAQLANAN OLACAQMI?

Vüqar Eldar oğlu İsmayılov…

Ləqəbi “Vətən”…

Mingəçevirin İkinci Vətən Müharibəsi iştirakçılarından, Qəhrəmanlarından, İgidlərindən, Nur üzlü Şəhidlərimizdən biri…

Vüqar 1993-cü ilin sentyabrın 15-də Mingəçevirdə sadə bir ailədə dünyaya gəlib…

Həmin gün, 15 sentyabr 1993-cü il tarixində atasının, əslən Gəbədəylı Eldar kişinin Birinci Qarabağ Savaşında iştirak əmri verildiyi üçün ata nənəsi-Reybə xanım onu “Vətən” deyə çağırırmış…

Qeyd edək ki, Eldar kişi, Eldar İsmayılov 1990-cı ildən 1993-cü ilə kimi könüllü, iki il isə çağırışçı kimi Orduda, Birinci Qarabağ Savaşında, Vətənin müdafiəsində iştirak edib, …

5 ilə yaxın Gədəbəy istiqamətində Vətənin keşiyində dayanıb…

Brinci Qarabağ Müharibəsi veteranı, iknici qrup əlildir…

***

Vüqargil ailədə iki övlad, iki qardaş olublar…

Böyük qardaşı Anar 1989-cu il təvəllüdlü, Vüqar isə 1993-cü il təvəllüdlüdür…

Vüqar orta məktəbi qurtardıqdan sonra, 2011-13-cü illərdə Bakı şəhərində, Qaraheybətdə hərbi xidmətdə olub….

Əsgərliyini başa vurduqdan sonra yenidən Mingəçevirə, ailəsinin yanına qayıdıb…

Bir müddət sonra ailə qurub, iki övladı, bir qızı, bir oğlu dünyaya gəlib…

Oğlu səfərbərliyə cəlb olunmamışdan 12 gün öncə anadan olub…

Onu, Orxanını axırıncı dəfə səfərbərliyə cəlb olunduğu gün görüb…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə, qanın su yerinə axdığı Ağdərə-Suqovuşan istiqamətdə döyüşüb, vuruşub…

Əslində Orduya, müharibəyə yararsız olsa da- cünki sol əli qəza nəticəsində işləmirmiş,-Vətən eşqi, Torpaq sevgisi hər şeydən üstün gəlib…

Sol əli işləməyə-işləməyə döyüşlərə atılıb və döyüşlərin 10-cu günündə, oktyabrın 6-da da Suqovuşanda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşini ayın 10-da əldə etmək mümükün olub…

Ayın 11-də isə nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Ancaq Şəhidin, İsmayılovlar ailəsinin dərdininin növbəti dərd gəlib…

Şəhidin 40-dan cəmi 6 gün sonra ata nənəsi, 7 gün sonra ana babası dünyasını dəyişib…

Ürəkləri nəvə dərdinə dözməyib….

Eyni zamanda, Şəhidin ailəsi, həyat yoldaşı iki övladı ilə evi tərk edib, ata ocağına gedib…

Bu da Şəhidin ailəsinə, dərdli, kədərli, acılı valideynlərinə daha bir dərd, əzab gətirib…

Nənə-baba bir ildir nəvə üzünə həsrət qalıb…

***

Vüqarın Şəhidliyindən bir ildən çox müddət keçir…

Ancaq bu müddət ərzində Şəhidin ailəsi, valideynləri ilə demək olar ki, maraqlanan olmayıb…

Şəhidin özünün öz əli ilə bünövrəsini qoyduğu və yarımçıq qaldığı evi hələ də tikilib başa çatdırılmayıb…

Bununla yanaşı, Şəhidin ata nənəsi dünyasını dəyişdikdən az sonra valideynlərinin üstünə 717 manat supulu cəriməsi gəlib…

Bu azmış kimi Şəhidin anasının-Səidə xanımın adına 600 manatdan çox borc yazılıb…

Həmçinin, Şəhidin atasının adına 500 manatdan çox borc yazılıb…

Şəhidin ailəsinin isə bu pulu ödəmək imkanı yoxdur, həm də bunun hazqsızlıq, qanunsuzluq olduğunu bildirirlər…

***

Onu da qeyd edək ki, Şəhidin ailəsi keçmiş Rezin zavodunun yataqxanasında yaşayır…

Sadəcə, bir müddətdir ki, Şəhidin bibisi Azərbaycandan kənarda olduğu üçün “Şəfa” bağ massivindəki evini müvəqqəti qalmaq, yaşamaq üçün onlara verib…

Beləliklə, İsmayılovlar ailəsi həm övlad acısı yaşayır, həm Şəhidinin övladlarının üzünə həsrət qalıb, həm evsizdirlər,

Həm də borc üstünə borc qalaqlanıb…

Və nə Mingəçevir şəhər rəhbərliyi, nə də digər qurumlar ailəyə kömək edib, heç etmək fikrində də görünmürlər…

Bu isə Şəhidin ailəsini, valideynlərini çox incidir, çox üzür…

Şəhid ailəsi bu vəziyyətdən, bu laqeyd, biganə münasibətdən çox narazıdr…

Özü də haqlı olaraq…

Odur ki, nəhayət, Şəhidin ailəsinə, valideynlərinə olan laqeyd, biganə münasibətə son qoyulmalı, onlara Haqq etdikləri münasibət göstərilməlidir…

Şəhidin yarımçıq qalmış evinin tikintisinə, ailəsinin borclarınm silinməsinə, valideynlərinin şəxsi mənzillə təmin olunmasına köməklik göstərilmədir…

Söz, vəd yox, konkret qərar, addım zamanıdır…

Haqlarıdır, Haqları olanı da almalıdırlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq-SABAH

Read Next

“Təəssüf ki, problemlər, insidentlər var, təəssüf ki, hələ də insan tələfatı olur…. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi üçün nə edilib və hamı nə etməlidir”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir