“Vətəndaş dövlətinə güvənir…”-MƏZAHİR ƏFƏNDİYEV YAZIR

Son illər iqtisadiyyatımızda baş verən müsbət dəyişikliklərlə  paralel olaraq iqtisadiyyatın ağardılması, gəlirlərin şəffaflaşdırılması istiqamətində də əməli tədbirlər görülməkdədir.

Belə ki, 2019-cu il üzrə dövlət büdcəsinə fiskal siyasətin həyata keçirən Vergi və Gömrük orqanları tərəfindən proqnozlaşdırılmış vəsaitdən büdcəyə 1.5 mlrd manat əlavə vəsaitin daxil olması təmin olunmuşdur.

Cənab Prezidentin rəhbərilyi ilə bu ilin birinci rübünün müzakirəsində də makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və qeyri-neft sektorunun şaxələndirilməsi əsas prioritet məsələlər kimi müzakirə olunmuşdur.

Təkcə Gömrük orqanları tərəfindən 2020-ci ilin birinci rübündə pronozlaşdırılmış 900 mln manatdan əlavə 90 mln manat dövlət büdcəsinə vəsait köçürülmüşdür. Habelə qeyri-formal əmək müqavilələrinin qediyyata alınması sayında 105 min nəfər artım olunmuşdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 21.3% artaraq 1.4 mlrd manat təşkil etmişdir.

Beləliklə də koronavirus pandemiyası dövründə muzdla işləyən 1.7 mln yaxın vətəndaşımızın məşğulluğu təşkil edilmiş və risklərdən qorunmuşdur.

Cənab Prezidentin dəfələrlə sahibkarlara müraciət etməsi, qeyri-formal məşğulluğa son qoyulması, fəaliyyətlərinin ağardılması, maliyyə intizamına riayət olunması çağırışları iqtisadiyyatımızın dayanıqlılığının təmin olmasında mühüm rol oynamışdır.

Lakin, təəsüflə onu da qeyd edirəm ki, hələ də sahibkarlıq subyektlərində əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və bu işi davam etdirməkdə olan şirkətlər var ki, onlara da müraciət edərək fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qəbul olunan qərarların əsasında təmin etsinlər və gələcəkdə insanlarımızın əlavə problemlərlə, risklərlə üz-üzə qalmamasında dövlətimizə kömək olsunlar.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir…”-XİN-DƏN NÖVBƏTİ AÇIQLAMA

Read Next

“Lazım gəlib…”-ARİF HACILI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir