“Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır…”-SƏMƏD SEYİDOV

Burada dəfələrlə deputat həmkarlarım və mən təmsil etdiyimiz rayonların su problemini qaldırmışıq.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı parlamentin komitə sədri Səməd Seyidov deyib. 

O, bildirib ki, Qənirə Paşayeva, Ramil Həsən, Jalə Əliyeva təmsil etdikləri rayonlarda olan suvarma problemindən danışıblar:

“Mənim təmsil etdiyim Qazax rayonununda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq “Azərsu”ya müraciət etmişik”.

Spiker Sahibə Qafarova bildirib ki, su problemi bütün rayonların problemidir:

“Bu, mənim təmsil etdiyim Şəmkir rayonunda da var. Bununla bağlı işlər görəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası-İYUNUN 5-də OLACAQ…

Read Next

Maskadan istifadə etməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat-CƏRİMƏLƏNƏCƏK – QANUN LAYİHƏSİ BÜTÖVLÜKDƏ QƏBUL OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir