“Vətəndaşlıq borcumuzu yerinə yetirmiş oluruq…”-DEPUTAT NÖVBƏTİ QƏBUL KEÇİRDİ VƏ… – FOTOLAR

Şəhidimiz Rəşad Mahmudovun tikintisi yarımçıq qalmış evinin qapı-pəncərələri gəlib çıxdı. Xahişimizi yerə salmayıb əsl vətəndaşlıq mövqeyi sərgiləyərək, səsimizə səs verən “Kristan Abşeron MTK” -nın rəhbərliyinə və kollektivinə dərin təşəkkürlər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Əlbəttə, dövlətimiz onsuz da bu məsələni həll edəcəkdi, sadəcə, az da olsa, əlimizdən gələni etməklə, vətəndaşlıq borcumuzu yerinə yetirmiş oluruq-deyə, millət vəkili bildirib.

Millət vəkili eyni zamanda deyib ki, online qəbulu davam edir:

“Qarşımızda qaldırılan məsələlərin formatı da tədricən dəyişməkdədir. Xüsusən, Biləsuvara yeni icra başçısının təyinatı ilə əlaqədar son iki gündə vətəndaşlar haqlı olaraq yerli icra strukturlarının səlahiyyətinə aid məsələlərlə daha çox aidiyyatı üzrə yerli orqana müraciət etməyə başlayıb və bu da çox sevindirici haldır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Neftçi” – “Şkupi” – 2:1 – “NEFTÇİ” İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (3)

Read Next

XİN Ballıqaya (Goranboy) qətliamının 28-ci ildönümü ilə əlaqədar-BƏYANAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir