Vətəni Vətən edən, Qarabağı Vətəninə qovuşduran Oğullardan biri-ŞƏHİD CƏMİL HƏŞİMLİ…-FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir Qəhrəmanımız, daha bir Dastan yazan İgidimiz, daha bir Şəhidimiz…

Vətəni Vətən edən, Qarabağı azadlığına, Vətəninə, Azərbaycanına öz qanı, öz canı ilə qovuşduran daha bir Vətən sevdalımız…

Əslən Kürdəmirdən, Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmilimiz, Cəmil Əflatun oğlu Həşimli…

Şəhidimiz 1995-ci ilin avqust ayının 11-də Kürdəmirdə sadə, vətənpərvər bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb, əsgərliyini başa vurduqdan bir müddət sonra isə yenidən həyatını hərblə, Ordu ilə bağlayıb…

“N” saylı hərbi hissənin giziri olub…Şəhadətinə kimi, 3 il gizir işləyib…

İkinci Qarabağ Savaşının ilk günlərindən də döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, fərqlənib, seçilib, ad-san qazanıb…

Və...Füzuli-Əbdürrəhmanlı kəndi istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 5-də Şəhidlik məqamına ucalıb…

Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin alınmasına görə”“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də canı, qanı ilə qazanıb…

Şəhidimiz oktyabrın 6-da Kürdəmir rayonunda-Şəhidlər Xiyabanında dəfn olunub…

Qeyd edim ki, Şəhidimizin qardaş – Mərahim Həşimli də hərbçi, zabit, müharibə veteranıdır, Qazidir…

Ümumiyyətlə, Cəmilgil ailədə 3 qardaş olublar…

Kiçik qardaşı-idmançı, Azərbaycan çempionu Cavid də hazırda həqiqi hərbi xidmətdə, Vətənin keşiyini çəkməkdədir

Üç qardaş, üç İgid, üç Qəhrəman…

Mərahim də, Cavid də ali təhsillidirlər…

Şəhidimiz isə ali təhsil almayıb, işləyib, çalışıb, ailəsinə, qardaşlarının təhsil almasına kömək edib…

Allah Şəhimizə qəni-qəni rəhmət etsin, nur içində yatsın, Qazi qardaşı Mərahim də, kiçik qardaşı Caviddə də daxil olmaqla, cəmi Vətən İgidlərinə Yar və Yardımçısı olsun!

Allah Şəhidimizin ailəsinə, anası-nur simalı, mələk üzlü Simuzər xanıma səbrlər versin!

Həm Şəhidimizin ruhu, həm də ailəsi qarşısında baş əyirəm!

08:26, 13 aprel

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2144 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Read Next

“Axırıncı dəfə müharibədən, Şəhidliyindən iki gün öncə danışmışdıq…Demişdi ki, ana, iki günə qayıdıb gələcəyəm…Gəldi, amma tabutu gəldi…”-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN ANASI SƏBİRƏ BALABƏYOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir