“Vətənpərvər gənclərin yetişməsinə xüsusi önəm veririk…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi keçirilir.

Etikxeber.az-ın xəbərinə görə,  açılış mərasimində çıxış edən AKF-nin prezidenti, millət vəkili Adil Əliyev ölkə Prezidenti İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Diqqətə çatdırıb ki, yeniyətmələr arasında keçirilən respublika çempionatında 78 komandadan minə yaxın idmançı öz gücünü sınayacaq:

“Üç gün davam edəcək yarışların qalibləri müxtəlif medal və mükafatlarla təltif olunacaqlar”.

adil-idman-1

A.Əliyev çıxışında Qarabağ münaqişəsinə toxunub.

“Bu günün idmançıları sabahın səngərdə duran igid əsgərləridir. Federasiya olaraq vətənpərvər gənclərin yetişməsinə xüsusi önəm veririk. Federasiyada minlərlə vətənpərvər gəncimiz var. Bizim federasiyada məşqlərini davam etdirmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanı- şəhid Çingiz Qurbanov torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak oldu”-deyə, A.Əliyev vurğulayıb.

Etikxeber.az

Read Previous

“Bu sevinci duymaq ücün tələsin!” – VİTSE-SPİKER – FOTOLAR

Read Next

Pianoçumuz Parisdə konsert proqramı ilə çıxış edəcək – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir