“Vəziyyət həqiqətən çətindir: Su qıtlığı, Kür və Araz çaylarında suyun minimum həddə düşməsi çətin durum yaradıb”-BƏHRUZ MƏHƏRRƏMOV

Ölkədə və dünyada başlanan su qıtlığı, Kür və Araz çaylarında suyun minimum həddə düşməsi çətin durum yaradıb. Bax bu gördüyünüz foto Biləsuvar rayonu Yuxarı Cürəli və Təzəkənd kəndlərini təmin edən kanaldır. Əlavə izah və şərhə ehtiyac yoxdur. Vəziyyət həqiqətən çətindir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov öz sosial şəbəkə hesabında yazıb.

“Bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini cənab Rafiq Aslanov ilə əlaqə saxlayıb, hər hansı bir formada bu iki kəndi vəziyyətdən çıxarmağı xahiş etdim. Rafiq müəllim bütün imkanların səfərbər olunacağını bildirdi. Əziz dostlar, biləsiniz ki, dövlət üzərinə düşəni edir və edəcək də. Lakin problem tək Biləsuvarda deyil, bütün Azərbaycanı və dünyanı əhatə edir. Hazırda yaradılan dövlət komissiyası məsələnin həllinə çalışır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in iyundakı son iclası-7 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Read Next

“Şirməmməd Hüseynov mükafatı”na-15 NAMİZƏD VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir