Vahid Əhmədov: ” Bu gün “qara bazar”dakı valyuta hardandır, bu “bazar”a vəsait haradan daxil olur?!”

“Azərbaycandakı “qara bazar”lar bağlanmalıdır. Bu gün “qara bazar”dakı valyuta hardanadır, bu “bazar”a  vəsait haradan daxil olur?”
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov  Milli Məclisdə (MM) 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
 Onun sözlərinə görə,  bu gün banklardan  valyuta almaq mümükün olmadığı halda, “qara bazar”da  yetərincə valyuta almaq mümkündür.
“Bura bu valyuta haradan daxil olur? Təbii ki, Dövlət Neft Fondundan maliyyə bazarına çıxarılan pullar banklar vasitəsi ilə yenidən “qara bazar”a çıxarılır və baha qiymətə əhaliyə satılır. Ola bilməz ki, bu vəsait banklar tərəfindən  vətəndaşa satılsın?!
Axı, niyə hüquq-mühafizə orqanları bu “bazar”ların bağlanması istiqamətində çalışmır? Ona görə  hesab edirəm ki, bank sektorunun sağlamlaşdırılamsına ciddi ehtiyac var. Nə qədər ki, bank sektoru sağlamlaşdırılmayıb, ölkədə real iqtisadi sektorun inkişafına mümkün olmayacaq”– deyə, millət vəkili vurğulayıb.
 Millət vəkili eyni zamanda, ipoteka vəsaitləri ilə bağlı məsələyə toxunaraq bildirib ki, ötən il ipoteka üçün 50 milyon manat ayrılsa da, bu günə kimi bu vəsait verilməyib:
“Bunun səbəi nədir? Buna kim cavab verəcək?”
Etikxeber.az

Read Previous

“İpotekadan yararlana bilməyən müəllimlərdən danışmaq istəyirəm…” – PAŞAYEVA

Read Next

Prezident Kralı təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir