“Dövlət qurumları deputatın sorğusuna ya müsbət, ya da mənfi olsun, ancaq bu cavabı verməlidir. Ancaq bunu etmirlər”.
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən islasında MBNP sədri Rüfət Aslanlıya ölkədəki bank sektorunda yaranmış vəziyyyətlə bağlı ünvanladığı təkliflər paketinə cavab verilməməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, dörd ay bundan öncə həmkarı Əli Məsimli ilə birgə MBNP, Baş nazir, maliyyə naziri, Mərkəzi Bank, Prezident Administrasiyası, Milli Məclis sədrinə ölkədəki bank sektorunda baş verən vəziyyətlə bağlı təkliflə müraciət ediblər: “Ancaq indiyədək bizim müraciətimizə cavab verilməyib. Qanunla deputatın sorğusuna bir ay müddətinə cavab verilməlidir. Bu cavab müsbət və ya mənfi olacaq, bu başqa məsələ dir. Ancaq cavab verilməlidir”.
Etikxeber.az