Vahid Əhmədov yenə bankları “topa” tutdu… YENİLƏNİB

Dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar,  Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

O, deyib ki, çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir:

“Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır”.

Millət vəkili çıxışında banklarla bağlı problemlərə də toxunub:

“İnsanlar, biznes strukturları artıq banklarla işləmələdir. Ancaq bu, yenə də mümkün olmur. Bankların sağlamlaşdırılması istiqamətində dövlət müəyyən addımlar atır, müəyyən işlər görülür.  Amma yenə də faiz dərəcələri aşağı salınnmır. Banklar yenə də yüksək faizlərlə kredit verir…Axı, nəyə görə?!”.

***

Millət vəkili sonra Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib:

“Bank Standard” bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…” – ELDAR İBRAHİMOV – FOTOLAR

Read Next

“Budcədə Dağlıq Qarabağ ayrıca qrafa ilə göstərilməlidir…” – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir