Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vahid Əhmədov: Büdcənin icrası yalnız Samir Şərifova, Mikayıl Cabbarova və Şahin Mustafayevə aiddir?
Büdcənin icrası geniş müzakirə olunmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı deyib.
O, qeyd edib ki, dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı əksər hökumət üzvləri parlament müzakirələrində iştirak etdikləri halda, ancaq büdcənin icrasına bir çoxları qatılmırlar:
“Onlar özlərində belə hesab edirlər ki, büdcənin icrası ilə bağlı müzakirələrə qatılmağa ehtiyac yoxdur, təsdiqlənəcək, gedəcək. Belə çıxır ki, büdcənin icrası yalnız Samir Şərifova, Mikayıl Cabbarova və Şahin Mustafayevə aiddir…Belə, deyil. Bütün hökumət üzvləri zəhmət çəkib büdcənin icrası ilə bağlı müzakirələrə qatılmalıdırlar. Büdcənin icrası daha geniş müzakirə olunmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az