Vahid Əliyevi Fuad Ələsgərov əzəvlədi, Kamal Adbulla yenidən rektor oldu və… – TƏYİNATLAR – YENİLƏNİB (4)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Etikxeber.az-ın məlumatına görə, dövlət başçısının yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Prezidentin hərbi məsələlər üzrə köməkçisi indiyədək Vahid Əliyev idi.

***

General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

O, hələlik yeni təyinat almayıb.

***

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub.

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək Prezidentin istisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin olunub.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdu.

Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.

***

Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.

Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur.

***

Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

***

Altay Həsənov Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub.

A. Həsənov 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.

Etikxeber.az

Read Previous

Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar… – PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

Məktəbli Nigardan çağırış: “Elə etməliyik ki,onlar özlərini tənha hiss etməsinlər… “- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir