Vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq-XƏBƏRDARLIQ

Yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən (TN) bildirilib.

Məlumata əsasən, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər:

“Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq”.

Etikxeber.az

Read Previous

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir: Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək-PEŞƏKARLIQLA YERİNƏ YETİRİB – FOTO-VİDEO

Read Next

Fizika İnstitutunda qanunsuzluqlar aşkarlanıdı, Maliyyə Nazirliyi və Baş Prokurorluğa-MÜRACİƏT OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir