Valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini dövlət üzərinə götürür-KAMİLƏ ƏLİYEVA: “BU, İNSANPƏRVƏRLİYİN, YERİDİLƏN SİYASƏTİN GÖSTƏRİCİSİDİR”

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi öncə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasılnda, sonra isə parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Etikxeber.az-a açıqlamasında sözügedən komitənin üzvü, millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva bunun çox müsbət, önəmli və təqdirəlayiq addım, təklif olduğunu bildirib.

Qeyd edib ki, bu, həm də Azərbaycan dövlətinin, başda ölkə Prezidenti İlham Əliyev və birinci xanım, birinci-vitse-prezident Mehriban Əliyeva olmaqla, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasətin, humanizmin və insanpərvərliyin növbəti əyani göstərici, təcəssümüdür.

“Azərbaycan dövlətinin, ölkə pərbərliyinin apardığı siyasətin kökündə, mahiyyətində daim insanpərvərlik, ədalət, rəhm, mərhəmət, şəfqət kimi ülvi hisslər, dəyərlər dayanıb və dayanır. Bu siyasətin əsası da Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, müəyyənləşdirilib və çox sevindirici, qürurvericidir ki, bu siyasət, bu ənənənə ölkə Prezidenti İlham Əliyevin 17 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib, qorunub, saxlanılıb. Bugünə kimi qanunvericliyimizdə də bu tipli məqamlar öz əksini tapıb, şəhid ailələri, müharibə veteranları, Qarabağ əlillərinin və digər bu kateqoriyadan olan insanların ailələrinə, övladlarına bir çox güzəştlər olunub, qanunvericiliklə təsbit edilib. Bu, belə də olmalıdır.

Çünki bu insanlar müstəqil Azərbaycanın yolunda canlarından, sağlamlıqlarından keçiblər, ağrı-açılar yaşayıblar və onlara, onların övladlarında diqqət, qayğı öndə olmalıdır. Qeyd etdiyim kimi də, məhz belədir, ölkə Prezidenti və birinci xanım Mehriban xanım hər zaman bu məqamları, bu məsələləri daim diqqətdə, nəzarətdə saxlayıblar, prioritet seçiblər. “Təhsil haqqında” qanuna təklif edilən və olduqca önəmli bu təklif də məhz bu diqqətin, qayğının, insanpərvərliyin, humanizmin göstəricisi, növbəti əyani sübutu, məntiqi davamıdır. Hesab edirəm ki, bu addım komitəmizin üvləri və bütövlükdə Millim Məclis tərəfindən müsbət dəyərləndiriləcək və öz təsdiqini tapacaq. Bununla da Azərbaycan təhsilinin inkişafı istiqamətində daha bir önəmli addıma imza atılacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Muzeylərin fəaliyyəti-DAYANDIRILDI

Read Next

İnformasiya manipulyasiyasına yol verənlərə də güzəşt olunmamalıdır… – VÜSALƏ MAHİRQIZI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir