“Vaxt varıydı Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi…” – EKSPERT

“Azərbaycan və Ermənistan 2017-ci il üçün büdcələrini demək olar ki, eyni gündə açıqlayıblar. Hər iki ölkənin büdcəsində hərbi xərclər diqqəti çəkir”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan büdcəsinin 2017-ci il üçün gəlir hissəsi 2.6 milyard dollar, xərcləri isə 2.9 milyard dollardır. Büdcə kəsiri 300 milyon dollardır.

“Ermənistanın gələn il üçün hərbi xərcləri 439 milyon dollar civarındadır. Bu, Ermənistanın 2016-cı il hərbi büdcəsindən 3 milyon dollar çoxdur. Azərbaycanın 2017-ci il üçün hərbi xərcləri isə 994 milyon dollar civarındadır, bu keçənilki hərbi xərclərdən 440 milyon dollar azdır.

Azərbaycanda hərbi xərclərin azalmasına baxmayaraq, yenə də Ermənistanın hərbi xərclərindən təxminən iki dəfə çoxdur. Ancaq vaxt var idi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi. Buna baxmayaraq, Azərbaycan işğalçı ilə müharibə aparmaq üçün yeni hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Nazirlik sertifikasiya imtahanlarının nəticələrini açıqladı

Read Next

“Bu cür addımlar artıq unudulmaqda olan sənətləri də yenidən dirçəldəcək” – Yadigar Cəfərli

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir