Vergi amnistiyası nəticəsində 600 milyon manat sahibkarların sərəncamında qalacaq- SƏMƏDZADƏ

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün ADA Universitetində “azexport.az” portalının təqdimatı zamanı deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.

“Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik sahibkarlığa dəstəyin bariz nümunəsidir” – deyə, Z. Səmədzadə vurğulayıb.

Etikxeber.az

Read Previous

Bakı AŞPA-nın komitə iclasına ev sahibliyi edəcək -QAFAROVA

Read Next

“Karlov Suriyada sülüh əldə olunması üçün müxalif qüvvələrlə əlaqə qurmuşdu…” – ZAXAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir