Vergi Məcəlləsinə dəyişikliklər layihəsi aprelin 27-də-MM-İN KOMİTƏ İCLASINDA MÜZAKİRƏYƏ ÇIXARILACAQ

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn həftənin birinci günü-aprelin 27-də növbəti iclası keçiriləcək.

Bu haqda Etikxeber.az-a MM-dən bildirilib.

Qeyd edilib ki, iclas onlayn deyil, əvvəlki formatda keçiriləcək.

İclasda İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq, MM-ə təqdim olunan, yəni, Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılacaq.

İclasa adıçəkilən komitənin üzvləri ilə yanaşı İqtisadiyyat Nazirliyinin rəsmiləri, o cümlədən nazir Mikayıl Cabbarov qatılacaqlar.

Müzakirələrdən sonra qanun layihələri MM-in gələn həftə keçirilməsi gözlənilən 8-ci plenar iclasına tövsiyə olunacaq.

20:24, 25 aprel

Etikxeber.az

Read Previous

28 yeni yoluxma-QEYDƏ ALINDI…

Read Next

“Ana ürəyi sevinsin deyə apardığımız sovqatı Şahbazın göndərdiyini bildirdik. Və… necə bir özləm gördük…”-SAHİB ALIYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir