Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıracaq.
Etikxeber.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinin 63.2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “dayandıra bilər” sözləri “dayandırır” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, indiyədək qüvvədə olan maddəyə görə, şikayət edilən qərar (akt) və ya hərəkət qanunvericiliyə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər.
Müzakirələrdən sonra sənəd MM-in plenar iclasına tövsiyə olunub.
Etikxeber.az