Vergilər nazirinin müavini energetik içkilərlə deputatlara nə cavab verdi?

Energetik içkilərin və elektron siqaretlərin  vergiyə cəlb olunması məsələsi gündəmdədir. 

Etikxeber.az  xəbər verir ki, bunu  vergilər nazirinin  birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların energetik işçilərin, tütün məmulatlarının və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.

O, eyni zamanda  vurğulayıb  ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır: “Əksər enerji içiləri   1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tarixi-Nadir”i yarısınacan oxumuşam, amma… – JALƏ ƏLİYEVA

Read Next

İlham Əliyev Sumqayıtda açılışlarda – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir