“Vergilər naziri məsələyə diqqət yetirməlidir…” – OQTAY ƏSƏDOV

Fazil Mustafa: Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır

Struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, publik hüquqi şəxslər vasitəsi ilə qat-qat çox vəsait xərclənir.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında  millət vəkili Əli Məsimli bildirib.Millət vəkili deyib ki, bu məsələ Hesablama Palatasının rəyində də əksini tapıb: “Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.

Millət vəkili Fazil Mustafa  deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır:

“Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”.

Deputat sonra qaz limitinin artırılmasını isə təqdir edib: “Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır”. Millət vəkili eyni zamanda, Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”. 

Millət vəkili Vahid Əhmədov nağdsız ödənişlər sahəsində ciddi irəliləyiş əldə olunmamasından da şikayətlənib.

Spiker Oqtay Əsədov isə bildirib ki, ticarət mərkəzlərinə kim yaxınlaşır, həmin obyektlərin çoxunda POS-terminallar çox vaxt işləmir.

“Vergilər naziri bu məsələyə diqqət yetirməlidir. Millət vəkillərinin əksəriyyəti şikayətlənir ki, əməkhaqını kartla alırıq, POS-terminallar işləmədiyi üçün məcburuq ki, kartdan vəsaiti çıxarıb, elə istifadə edək”-deyə, spiker sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Spiker nümayəndə heyətlərinə tapşırıq verdi…

Read Next

Paşinyanı vurun – AYDIN MİRZƏZADƏDƏN ŞOK SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir