Vergilər Nazirliyi: Daxil olan 7 min 152 müraciətin 60 faizi müsbət həll edilib

Cari ilin oktyabr ayı ərzində vergi orqanlarına 7 min 152 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz azdır. Müraciətlərdən 92,3 faizi ərizə, 7,6 faizi şikayət, 0,1 faizi isə təklifdir.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, onların 36 faizi müxtəlif arayışların alınması, 31,1 faizi kameral vergi yoxlamaları, 6,1 faizi vergi borcları, 2,4 faizi vergidən yayınma və dividendlərin verilməsi, 2 faizi səyyar vergi yoxlamaları, 1,1 faizi vergi qanunvericiliyinin tətbiqi, 1,1 faizi ƏDV, 1 faizi nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,7 faizi qəbul, 0,5 faizi işlə təmin edilmək, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 faizi korrupsiya hüquqpozmaları, 0,5 faizi operativ vergi nəzarət tədbirləri, 16,9 faizi isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 60 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 594 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Etikxeber.az

Read Previous

Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı açıqlanıb

Read Next

Rusiyanın təhsil və elm naziri Bakıda məktəb direktorları ilə görüşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir