Vergilər Nazirliyi indi adam balası kimi işləyir – CAVİD QURBANOV

Cavid Qurbanov: Allah bizə insaf versin

Mən ad çəkib reklam etmək istəmirəm, elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən  iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin üzvü, sabiq baş nazir Əli Məsimli bildirib.

ali-masimli

Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib.

Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib.

Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, “yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

Millət vəkili Cavid Qurbanov isə neft məsələsini artıq bir tərəfə qoymağı məsləhət bilib:

“Neft məsələsini unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil. Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır. Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir…Gömrükdə də işlər yoluna düşməkdədir…Allah bizə də insaf versin, biz də işləmələyik…Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir…Hər kəs öz işini görməlidir…Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Yanvarın 1-nə vahid xəzinə hesabında 1 milyard 644,6 milyon manatlıq sərbəst qalıq vəsaiti olub…

Read Next

Dövlət büdcəsində dürüstləşmə olacaq – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir