Vergilər Nazirliyi və ABA banklara verilən möhlətlə bağlı birgə bəyanat yaydı

 

Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) vergi qanunvericiliyinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı banklara verilən möhlət məsələsinə birgə münasibət bildirib.

ABA-dan Etikxeber.az-a verilən məlumata görə, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2017-ci il 1 yanvar tarixindən etibarən qüvvədədir və burada nəzərdə tutulan vergilər bu tarixdən etibarən hesablanmalıdır: “Bu məqsədlə elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı  texniki məsələlərin həll edilməsi istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında sıx şəkildə əməkdaşlıq edilir. Banklar tərəfindən qısa müddət ərzində qanunvericiliklə müəyyən olunmuş vergilərin hesablanması ilə bağlı müvafiq texniki məsələlər həll edildikdən sonra vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan iş və xidmətlərə görə onlara aparılan ödəmələr və qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə pul vəsaitlərinin köçürülməsi üzrə əməliyyatlar təhlil ediləcək, qanunla müəyyən olunmuş qaydada vergilərə cəlb edilməmiş əməliyyatlar üzrə vergilərin tam məbləğdə hesablanması və dövlət büdcəsinə ödənilməsi, habelə qanunla müəyyən olunmuş qaydada vergilərin hesablanması nəzərdə tutulmayan əməliyyatlar üzrə tutulmuş vergilər üzrə alıcılarla (müştərilərlə) yenidən haqq-hesab edilməsi təmin ediləcək”.

Etikxeber.az

Read Previous

Prezidentin kürəkəni güllələndi…

Read Next

Nurlana Əliyeva Milli Qəhrəmanı universitetə buraxdırmadı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir