“Vergilərin götürülməsi, azaldılması kimi kompensasiyaedici addımlar atılmalıdır” – YENİ MİLLƏT VƏKİLİ BƏHRUZ MƏHƏRRƏMOV

Milli Məclisin bugünkü iclasında çıxış edərək seçicilərimizi maraqlandıran bir məsələnin hökumət qarşısında qaldırılmasını Parlament rəhbərliyindən xahiş etdim. Bildiyiniz kimi, koronovirus təhlükəsinin qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycanla İran arasında gediş-gəliş tam məhdudlaşdırılıb. Bu, özlüyündə çox müsbət addımdır və virusun ölkədə yayılmaması üçün həlledici qərarlardan biridir. Lakin bu qərar sərhədyanı rayonlarımız, bu qəbildən seçildiyim Biləsuvar rayon sakinləri üçün əlavə problemlərə yol açıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhuz Məhərrəmov deyib.

Onun sözlərinə görə, belə ki, ərzaq və gündəlik tələbat malları İranda daha münasib qiymətə olduğu üçün, Biləsuvar sakinləri (eləcə də digər sərhədyanı rayonlar) bu tip məhsulları şəxsi istifadə həddində İrandan tədarük edirdilər.

“Sərhədlərin bağlanması ilə vətəndaşlar ucuz məhsul almaq imkanından məhrum olmuşlar.Təbii ki, mən dövlətin qərarını dəstəkləyirəm. Lakin hesab edirəm ki, insanları da başa düşməliyik və Biləsuvar və analoji rayonlarımızda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərinin ucuzlaşması üçün vergilərin götürülməsi, azaldılması və sair kimi kompensasiyaedici addımlar atılmalıdır. Tədbirlərin qısamüddətli olmasını nəzərə alaraq bu məsələnin dövlətimiz üçün elə də ciddi xərclərə səbəb olmayacağı qənaətindəyəm”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq” – QƏNİRƏ PAŞAYEVA

Read Next

Başqa şəhər və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişin daşımaları qadağan olunur-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir