“Verilən tapşırıq və göstərişlər bəhanə gətirilmədən tezliklə icra olunacaq” – DEPUTAT

Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərinməzmunlu sosial siyasət həyata keçirib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Tahir Rzayev deyib.

“Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir”-deyən T. Rzayevin sözlərinə görə, respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub.

“İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki nitqində vurğulayıb ki, görülən bu işlər nəticəsində 4 milyon insan imzalanmış fərman və sərəncamlardan bu və ya digər formada faydalanıb. Bütövlükdə,  Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı azdır. Bu ilin birinci yarısında rübündə respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Bütün bunlar dinamik inkişafın nəticələridir”-deyə, T.Rzayev vurğulayıb.

T. Rzayev, ümumiyyətlə,  illərdir ənənənə halını alan bu tipli müşavirələrin böyük əhəmiyyətinin olduğunu, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini qeyd edərək, sonuncu müşavirənin də öz müsbət nəticələrini çox gözlətməyəcəyini sözlərinə əlavə edib.

musavira-iyul

tahir_rzayev_C00134

Həmçinin, qeyd edib ki, müşavirədə verilən tapşırıq və göstərişlər tezliklə icra olunacaq, problemli məqamlar qısa zaman kəsiyində aradan qaldırılacaq.

Millət vəkili xüsusilə də, süni qiymət artımının və büdcə vəsaitlərindən israfçılıq hallarının tez bir müddətdə aradan qaldırılacağına, dövlət başçısının aidiyyatı qurumlar və şəxslər qarşısında qoyduğu vəzifələrin tezliklə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

“İnanıram ki, bu müşavirə də digər müşavirələr kimi, öz müsbət nəticələri və töhfələri ilə dövlətimizin inkişafında, insanlarımızın həyatında mühüm rol oynayacaq, mühüm mərhələ təşkil edəcək”.

Etikxeber.az 

Read Previous

Prezident Oman və Laosun səfirlərinin etimadnaməsini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

“Barsa”nın hücumçusu hansı kluba transfer olundu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir