“Vest Hem”-in yeni baş məşqçisi müəyyənləşdi

“Vest Hem” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, komandanı mövsümün sonunadək Devid Moyes çalışdıracaq. Şotlandiyalı mütəxəssisin təyinatının sabah rəsmən elan ediləcəyi gözlənilir.

“Vest Hem”in uğursuz çıxışına görə klub rəhbərliyi baş məşqçi Slaven Biliçlə yolları ayırıb.

D.Moyes ötən mövsüm “Sanderlend”i çalışdırıb. O, 2013-2014-cü illərdə “Mançester Yunayted”də işləyib.

Etikxeber.az

Read Previous

QARSA GEDƏN “SÜLH VƏ MÜHARİBƏ QATARI” – Zahid Orucun yazısı

Read Next

Komitələrdə büdcə müzakirələri ayın 13-də başa çatacaq – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir