Veteran cüdoçular arasında dünya çempionatı start götürəcək

Noyabrın 18-də ABŞ-da veteran cüdoçular arasında dünya çempionatı start götürəcək.

Etikxeber.az xəbər verir ki, dörd gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Ölkəmizi müxtəlif yaş qruplarında Vüqar Hüseynov (60 kq), Rafael Mehdiyev, Vüqar Cəfərov (hər ikisi 66 kq), Vüqar Budaqov, Zülfüqar Hüseynov, Müşfiq Cəfərov, Rauf Fərzəliyev, Azad Abbasov (hamısı 73 kq), Mübariz Cəfərov (81 kq), Seyfal Əsgərov, Fərhad Rəcəbli, Bəxtiyar Abbasov, Vüsal Cəfərov (hamısı 90 kq), Mübariz Pənahov, Azər Əsgərov, Arif Qasımov, İntiqam Ələkbərov, Zaur Paşayev (hamısı 100 kq), Zaur Bağırov (100 kq-dan yuxarı) və Zülfiyyə Hüseynova (70 kq) təmsil edəcəklər.

Dünya çempionatına ümumilikdə 51 ölkədən 904 təcrübəli cüdoçu qatılacaq.

Etikxeber.az

Read Previous

Deputatlar Bosniya və Herseqovina parlamentində görüşlər keçirəcək

Read Next

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək – Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir