“Veteranlar bizim üçün canlı örnəkdir…” – QƏNİRƏ PAŞAYEVA – FOTO

Millət vəkili Qənirə Paşayeva faşizm üzərində qələbənin 72 illiyi münasibəti ilə Tovuzda Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili  veteranları qələbənin 72 illiyi münasibəti ilə təbrik edərək onlara göstərilən qayğıdan danışıb.

Millət vəkili  deyib ki, veteranlar bizim üçün canlı örnəkdir:

“Biz qəhramanlıq və şücayəti onlardan öyrənməliyik. Dövlətimiz daim Böyük Vətən Müharibəsi iştirakçılarına qayğı göstərir”.

Millət vəkili hər bir veteranla ayrılıqda söhbət edərək, qayğıları ilə maraqlanıb.

Görüşdə veteranlara xatirə hədiyyələri də təqdim edilib.

Tədbir 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompeksinin ziyarəti ilə davam etdirilib. Burada həmiçnin Tovuzdan olan üç (Yusif Sadıqov, Məstan Əliyev və Mərdan Musayev) Sovet İttifaqı qəhrəmanının abidəsi də ziyarət olunub.

Etikxeber.az

Read Previous

“Bakı-2017” : Azərbaycan-Kamerun- 28:26

Read Next

Etika komitəsinin palata rəhbərləri Ekkert və Borbeli FİFA-dakı postlarını tərk etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir