Videoçarxlara ehtiyac yoxdur – ARİF RƏHİMZADƏ

Komitə sədri nazir müavinindən İTV qarşısında məsələ qaldırılmasını xahiş etdi

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzindən bir xahiş edib.

Etikxeber.az-ın xəbərinə görə,A. Rəhimzadə rəhbərlik etdiyi komitənin fevralın 6-da keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə dair illik hesabat məruzəsinin müzakirəsində  iclasa qatılan ədliyyə nazirinin müavini Vilayət Zahirovdan və Bələdiyyələrlə İş Mərkəzindən xahiş edib ki, onlar İTV qarşısında bir təkliflə çıxış etsinlər:
vilayat
itv
“Əslində bələdiyyələrlə bağlı maarifləndirici verilişlərə, proqramlara ehtiyac var. Videoçarx düzəldib, onu yaymaqla,reklam etməklə heç nə alınan və düzələn deyil. Əgər bələdiyyələrin fəaliyyətini daha da yaxşlaşdırmaq, cəmiyyətdə bələdiyyələrlə bağlı daha geniş bilgilər olmasını istəyiriksə, o zaman İTV qarşısında bu yöndə maarifləndirici verilişin hazırlanıb, nümayiş etdirilməsi ilə bağlı məsələ qaldırılmalıdır. Yəni, İTV-də belə bir verilişin getməsinə ehtiyac var və bu, yaxşı olardı”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Düşüncələrdəki istiqlal – DEPUTAT YAZIR

Read Next

Seçkilər bahalaşmaya və süni qiymət artımına gətirib çıxara bilərmi? – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir