“Videokonfransın mövzusu Həsən Bəy Zərdabi, Azərbaycan mətbuatının 145 illiyi olsa da…”-JALƏ ƏLİYEVA ZƏRDABLA TÜRKİYƏNİN KARAMAN ŞƏHƏRİNİN “QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR” OLACAĞINI BİLDİRDİ – FOTOLAR

Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupu olaraq bu gün növbəti videokonfransımızı düzənlədik.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva məlumat verib.

Qeyd edək ki, videokonfransda Türkiyənin Azərbaycandakı keçmiş səfiri, təcrübəli diplomat Hulusi Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, əslən azərbaycanlı Şamil Ayırım, EkoAvrasya Yönetim Kurulu başqanı Hikmet Eren, Karaman şəhər bələdiyyə başqanının birinci müavini Eyüp Aslan, Azərbaycan Milli Məclisinin üzvləri Hikmət Babaoğlu, Elnur Allahverdiyev və Təşəbbüs Qrupundan-ziyalı gənclərimizin nümayəndəsi Seymur Bayramov, Zərdabi nəslinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov və Milli Məclisin üzvü Jalə Əliyeva, o cümlədən, türkiyəli ziyalılar, tarixçilər iştirak ediblər.

“Böyük müvəffəqiyyətlə keçən bu yüksək səviyyəli videokonfransın təşkilində bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Bu dəfəki toplantıda Türkiyənin və Azərbaycanın millət vəkilləri, nüfuzlu siyasətçiləri, ziyalılar, dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Videokonfransın mövzusu Həsən Bəy Zərdabi, Azərbaycan mətbuatının 145 illiyi olsa da, daha çox məlum 12 iyul hadisələri, həmçinin, 15 iyul hadisələri, son günlər yenə də hər iki tərəfdən şəhidlərin verilməsi, dostluq, qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi və sair məsələlər ətrafənda müzakirələr getdi.

Xüsusilə, 12 iyulda işğalçı, təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan-Ernənistan sərhəddinin Tovuz istiqamətində yaşanan gərginlik, ermənilərin və Ermənistanın qanlı əməlləri qətiyyətlə, pislənildi. Eyni zamanda, hər iki qardaş ölkənin millət vəkillərinin beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyəti, Ermənistanın birlikdə ifşa məsələsi önə çəkildi, bu istiqamətdə fəaliyyətin daha gücləndirilməsi dilə gətirildi. Bununla yanaşı, Azərbaycan və qardaş Türkiyənin bölgədə dünyada artan, genişlənən nüfuzuna xüsusi diqqət yetirildi-deyən millət vəkili bildirib ki, onun fikrincə, ümumilikdə iki saatdan çox davam edən konfrans hər iki ölkənin qardaşlığının, istər yaxşı gündə, istər pis gündə bir-birimizin yanında olmağımızın bariz nümayişinə çevrildi.

J. Əliyeva həmçinin, videokonfrans zamanı Karaman şəhər bələdiyyə başqanının birinci müavininin bələdiyyə başqanı tərəfindən Karamanla Zərdabın “qardaşlaşmış şəhərlər” elan olunması təklifini irəli sürdüyünü dilə gətirdiyini bildirib.

“Eyni zamanda, Karaman şəhərində Həsən Bəy Zərdabinin heykəlinin ucaldılması nəzərdə tutulur. Videokonfrans zamanı bu təşəbbüslərindən dolayı həm bələdiyyə başqanının müavininə, həm də Karaman bələdiyyə başqanına Zərdabisevərlər və zərdablılar adından dərin minnətdarlığımı və təşəkürlərimi ifadə etdim. Bildirdim və bir daha bildirmək istəyirəm ki, bu, iki qardaş və dost dövlət arasında yüksək münasibətlərin əyani təcəssümü olmaqla, yanaşı, əlaqələrin daha da gücləndirilməsi, sıxlaşdırılması istiqamətində töhfə verə biləcək gözəl addımlardandır. Bu istiqamətdə həm Təşəbbüs Qrupunun üzvü, həm də Zərdabı parlamentdə təmsil edən millət vəkili olaraq, üzərimə düşən bütün addımları atmağa hazıram və bu istiqamətdə nə lazımdırsa, əlimdən gələni əsirgəməyəcəyəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanlı ərəbşünaslar son hadisələrlə bağlı ermənilərin dezinformasiya xarakterli məlumatlarına-CAVAB VERDİ

Read Next

“Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir…”-ŞAHİN SEYİDZADƏNİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir