“Virtual dünyanın sakinləri”, xalqın gözü tərəzidir! – DEPUTAT VƏ YAP RƏSMİSİ YAZDI

Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir.

Digər həqiqət isə ondan ibarətdir ki, möhtərəm prezidentimizin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır.

Azərbaycanı son 16 il ərzində məhz Prezident Ilham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilmişdir.

Xalq öz prezidentinə inanır və onu dəstəkləyir.

Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir.

Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir.

Elə bu səbəbdən də dövlətimiz və onun rəhbəri cənab İlham Əliyev müxtəlif anti Azərbaycan qüvvələrin hədəfindədir. Həmin qüvvələri şərti olaraq 3 qrupa bölmək olar:

1. Dünyadakı erməni diasporu və lobbisi;
2. Ermənistan Respublikası;
3. Ermənipərəst siyasi dairələr

Burada birinci və ikincilər əsasən sifarişçi, sonuncu isə daha çox icraçı funksiyasını həyata keçirirlər.

Təəssüf hissi ilə qeyd edirik ki, ermənipərəst siyasi dairələr oz təsir orbitlərinə xaricdə məskunlaşmış və özünü azərbaycanlı kimi təqdim edən bəzi “virtul dünyanın sakinləri”ni də cəlb edə biliblər.

Elm, savad və təhsil baxımından kasad olan bu adamlar bir sahədə sözün həqiqi mənasında inhisarçıdırlar.

Enerjidə monopolist Günəş olduğu kimi, söyüş və təhqir meydanının da mübaliğəsiz hokmranları məhz onlardırlar.

Qarşıdakı zaman kəsiyində isə onların daha da fəallaşacaqları-çirkli oyunları, qarayaxmaları, yalan və iftiranı xüsusi cənfəşanlıqla işə salacaqları proqnozlaşdırılandır.

Səbəbi də bəllidir. Yaxın perspektivdə ölkəmiz 3 mühüm siyasi tədbirə ev sahibliyi edəcəkdir.

Oktyabr ayı ərzində Bakı şəhəri həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşlərinin keçiriləcəyi məkana çevriləcəkdir.

Dekabr ayında isə ölkəmizdə növbəti mühüm siyasi tədbir-bələdiyyə seçkiləri keçiriləcəkdir.

Ölkəmiz yenidən dünyanın diqqət mərkəzində olacaqdır.

Yəqin ki, “demokratiya aşiqləri” bu mövqeyimizlə razılaşmayib, ozünü milli təəssübkeş, vətənpərvər, humanist, “qırğı” deyil, məhz “sülh göyərçini” libasında təqdim edəcək və bizi özlərinəməxsus “ərkan”la ittiham edəcəklər.

Bu çıxışımda üzümü xaricdə məskunlaşan “virtual müxalifət”ə tutub deyirəm; doğrudan da sizdə milli təəssübkeşlik hissi azca da olsa qalibsa, doğrudan da xəyanət və dönüklük yolundan imtina qərarınız vardırsa, onda milli mənafe, səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, bir sözlə, ölkəmizdə davamlı sabitlik və təhlükəsizlik mühitinin qorunması naminə aşağıdakı addımlara imza atın:

-İşğalçı dövlətin baş naziri Nikol Paşinyanın Avropa dövlətlərinə səfərləri zamanı onun görüşlər keçirdiyi məkan və auditoriyalar qarşısında Ermənistanın aqressiv siyasətini ifşa edən piket və mitinqlərin təşkil edilməsi;

-Anoloji mitinqlərin mütəmadi olaraq Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısında keçirilməsi;

– Xarici ölkələrin media qrumlarında, sosial şəbəkələrdə, xüsusən də, youtube kanalında Ermənistanın terrorizmi, separatizmi və radikalizmi müdafiə siyasətinin ifşa edilməsi, Xocalıda soyqırım aktı həyata keçirməsi haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması siyasətinə dəstək verilməsi və s.

Unutmayın, xalqın gözü tərəzidir!

Elman Nəsirov,

Azərbaycan Respublikası Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq
Əlaqələr komissiyasının katibi,
siyasi elmlər doktoru, professor

Etikxeber.az

 

Read Previous

“Terrorizmin yanında olan dövlətin varlığını unutmayın!” – RAFAEL HÜSEYNOV

Read Next

“Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil” – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir