“Virusdan birdəfəlik xilas olmaq və normal həyata qayıtmağın yeganə yolu tibbi maska, əlcək taxmaq və sosial məsafə saxlamaqdır”-MİLLƏT VƏKİLİ SEÇİCİLƏRİNƏ VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

Millət vəkili Eldəniz Səlimov Xaçmazdan olan seçicilərinə və Azərbaycan xalqına müraciət, çağırış edib.

Etikxeber.az müraciəti olduğu kimi, təqdim edir:

“Əziz, həmvətənlər!

Artıq yenə son günlər covid-19 virusunun yayılma sayında gözəçarpan və narahatlıq doğuracaq dərəcədə artım müşahidə olunmaqdadır.

Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir.

Virus yoxa çıxmayıb. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə, bayıra çıxmamalıdır.

Bu, təkcə  özünü deyil, həm də ətrafını qorumaq deməkdir.

Belə bir ciddi məsələ müzakirə obyekti ola bilməz.

Qəti və birmənalı şəkildə qoyulan qaydalara və tələblərə riayət etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Virusdan birdəfəlik xilas olmaq və normal həyata qayıtmağın yeganə yolu tibbi maska, əlcək taxmaq və sosial məsafə saxlamaqdır.

Təəssüflər olsun ki, bu qoyulan qaydalara bəzilərimiz çox səthi yanaşırıq.

Bu, heç düzgün addım deyil.

Çünki özündən başqa ətrafıda düşünmək gərəkdir.

Biz bir-birimizin qeydinə nə qədər qalsaq, nə qədər birlik olsaq, görünməyən düşmənlə mübarizəmiz o qədər rahat olar.

Bəli, biz hərb meydanında zəfər çalmışıq. Ancaq koronavirus bizim gözə görünməyən düşmənimizdir.

Və bizi ən gözləmədiyimiz anda belə yaxalaya bilər.

Bunun üçün də həddindən artıq dərəcədə kimliyimizdən asılı olmayaraq, qoyulan qadağalara ciddi riayət etməli, özümüzü və ətrafımızı qorumalıyıq.

Artıq gündəlik yoluxma sayı 3 minin üstündədir.

Bu da çox ciddi göstəricidir.

Tətbiq edilən qaydalara birmənalı şəkildə riayət olunmalıdır.

Respublikamızdada hazırda 98.927 nəfər yoluxma sayı ilə 1.194 ölüm qeydə alınıb.

Respublikamızda da Prezidentimiz cənab İlham Əliyev tərəfindən vaxtında alınan önləmlərin nəticəsidir ki, hazırda Azərbaycan dünya göstəriciləri arasında yoluxma sayına görə 63-cü yerdədir.

Bu yolda da birlik olaraq, qalib çıxaq və virusu yenək!

Hər kəsə bir daha tövsiyə edirəm ki, qoyulan qaydalara ciddi riayət edəsiniz”.

Etikxeber.az

Read Previous

“Vətən Müharibəsi Qəhrəmanı” adının, 2 orden və 15 yeni medalın təsis olunması ilə bağlı qanun layihələri-ÜÇÜNCÜ OXUNUŞDAN KEÇDİ

Read Next

MM-in növbəti iclası-SPİKERİN KƏLBƏCƏRLƏ BAĞLI ÇIXIŞI ALQIŞLARLA QARŞILANDI, FRANSA SENATININ QƏTNAMƏSİ KƏSKİN ETİRAZLARA SƏBƏB OLDU, BƏYANAT VERİLDİ – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir