Vitse-premyer “usaqpulu verilmir” fikrini qəbul etmək istəmir…

Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “usaqpulu verilmir” fikrini qəbul etmək istəmirəm. 

Etikxeber.az məlumat verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

“Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub”-deyən Ə. Əhmədovun sözlərinə görə,  çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir.

“Beləliklə, Azərbaycanda “uşaqpulu verilmir” fikrinin səsləndirilməsi düzgün deyil. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaqpulu formasında ifadə etmək istəyirsinizsə, məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər”-deyə, o, bildirib.

Ə. Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur.

Etikxeber.az

Read Previous

Siyasi partiyalar yenidən bir arada – DƏYİRMİ MASA BAŞLADI – HACILI VƏ MİRƏLİOĞLU GƏLMƏDİ – BƏYANAT QƏBUL OLUNDU – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq yaranır…” – SPİKER ŞİKAYƏTLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir