Vitse-spiker 14 və 15 iyunla bağlı-YENİDƏN ÇAĞIRIŞ ETDİ

İyunun 13-də 20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin (MM) sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev videokonfrans vasitəsiylə seçicilərinin növbəti qəbulunu keçirdi.

Etikxeber.az xəbər verir ki, videoqəbul zamanı seçicilərin qaldırdığı müxtəlif sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edildi, onları narahat edən bir sıra problemlər yerindəcə həll edildi, habelə seçicilərin məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətləri araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul olundu.

A. Əliyev 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə görüş iştirakçılarını təbrik etdi, mərhum Heydər Əliyevin Azərbaycan dövlətinin memarının olmasını, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsini, bütün vətəndaşların daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısında olmasını bildirdi.

Habelə görüş zamanı koronavirus xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyin, evdən çıxmamaqla bağlı göstərişlərin qeyd-şərtsiz icra olunmasının, hər kəsi aidiyyəti dövlət orqanlarının apardıqları işlərə maneə olmamağın, əksinə bu sahədə aparılan işlərə dəstək olmağın vacibliyi bildiridi.

Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizədə hər kəsin öz məsuliyyətini dərk etməsinin əhəmiyyətli olmasını eyni zamanda bugünlər ərzində onlar üçün zəruri olan ehtiyaclara deputat ofisində fəaliyyət göstərən əlaqələndirmə və dəstək mərkəzi vasitəsi ilə köməklik göstəriləcəyi bildirildi.Görüşün yekununda aztəminatlı ailələrə bayram sovqatı və tibbi ləvazimatlar paylanıldı.

17:02

Etikxeber.az

Read Previous

Deputat onlayn qəbul keçirdi-SEÇİCİLƏRİNİ, ÖLKƏ VƏTƏNDAŞLARINI BİR DAHA KARANTİN ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏYƏ SƏSLƏDİ – FOTOLAR

Read Next

“Təyyarə variantı yetərli çıxış yolu deyil…”- FAZİL MUSTAFA NAXÇIVANLA BAĞLI YENİDƏN OPERATİV QƏRARGAHA MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir