Vitse-spiker: “Çexiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir “

Milli Məclis (MM) sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. V. Ələsgərov bildirib ki, Çexiya və Azərbaycan arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr yüksək səviyyədədir və ildən-ilə inkişaf edir. Vitse-spiker qeyd edib ki, səfər çərçivəsində aparılacaq danışıqlar bu əlaqələrin daha da inkişafına töhfə verəcək. O, parlamentlərarası əlaqələrdən və digər sahələrdəki münasibətlərdən də bəhs edib, bu işdə dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib: “Hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti kifayət qədər müsbətdir və münasibətlərimizə öz töhfəsini verir”

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çexiya Senatının sədr müavini Yirji Şestak ölkəmizdə olmaqdan məmnunluğunu vurğulayıb. Çexiya və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalandığını xatırladan qonaq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib. O, həmçinin iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Çexiya və Azərbaycan şirkətlərinin, xüsusən də nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq etdiyini və bu münasibətlərin iki ölkə əlaqələrinə müsbət təsir etdiyi də bildirilib. Bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycana qarşı belə hallara tez-tez yol verilir…” – NOVRUZ MƏMMƏDOV – YENİLƏNİB

Read Next

“Prezidentin “D-8″də iştirakı beynəlxalq aləmdəki nüfuzumuzun göstəricisidir” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir