“Vitse-spikerlərdən biri müxalifətdən olmalıdır…” – MİLLƏT VƏKİLİ

Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Hətta müxalifət komitə sədrlərinin müavini səviyyəsində belə, hər hansı vəzifədə təmsil olunmur. Bizdə nəinki parlamentdə özünü müxalifət elan etmiş partiyalar, hətta iqtidarı birmənalı şəkildə dəstəkləyən və özünün iqtidaryönümlü partiya olduğunu deyən partiya sədrlərini də komitə sədrinin müavini qoymurlar. Ya bitərəf olmalıdır, ya da YAP üzvü, başqa partiya olmaz.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, BAXCP-nin sədri Qüdrət Həsənquliyev bildirib.

O, qeyd edib ki,  halbuki vitse-spikerlərdən də biri müxalifətdən olmalıdır, komitə sədrləri də müxalifət partiyaları ilə bölünməlidir.

qudrat

“Ən azı bəzi şeyləri Rusiyadan öyrənməliyik.  Milli Məclisin Daxili Nizamnaməsində qeyd olunub ki, Milli Məclisin idarə olunması çoxpartiyalılıq prinsipinə əsaslanır. Həmin qanunu prezident də imzalayıb. Amma çoxpartiyalılıq prinsipi harada özünü göstərir? Heç yerdə…”-deyə, BAXCP sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qəbələ”nin rəqibi “Dinamo” olacaq…

Read Next

“Qalatasaray”dan növbəti transfer…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir