Vlodarçik 2016-cı ilin ən yaxşı idmançısıdır…

Disk tullayan Anita Vlodarçik “Przegląd Sportowy” qəzetinin və Polşa TV-nin ənənəvi reytinqinə əsasən, ötən il bu ölkənin ən yaxşı idmançısı elan edilib.

Etikxeber.az-ın məlumatına görə, Polşanın populyar “Przegląd Sportowy” idman nəşrinin oxucularının və TVP tamaşaçılarının çoxu Anita Vlodarçikin namizədliyinə səs verib. İkinci yeri Polşa yığmasının kapitanı və Münxenin “Bavariya” klubunun forvardı Robert Levandovski, üçüncü yeri Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısı, disk tullayan Pyotr Malaxovski tutublar.

Gürz tullayan Anita Vlodarçik 1985-ci ildə anadan olub. O, 2016-cı ilin Olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionu və ikiqat Avropa çempionudur. O, bu yaxınlarda Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi ənənəvi dünya sorğusunda doqquzuncu yeri tutub.

Etikxeber.az

Read Previous

Ronaldo “ən yaxşı” seçildi

Read Next

Dövlət Pantomima Teatrında “Katarsis” nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir