Voleybol üzrə U-18 millimiz Rusiya, Portuqaliya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Bu gün voleybol üzrə gənc qızlardan ibarət Azərbaycan millisi (U-18) Rumıniyaya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından Etikxeber.az-a bildiriblər ki, Avropa çempionatının II seçmə mərhələsində iştirak edəcək qızlarımız “E” qrupunda mübarizə aparacaqlar.

Yanvarın 12-dən 15-dək keçiriləcək yarışda millimizin rəqibləri Rusiya, Rumıniya və Portuqaliya milliləri olacaq.

Qızlarımız yanvarın 13-də Rusiya, bir gün sonra Portuqaliya, yanvarın 15-də isə Rumıniya yığması ilə qarşılaşacaqlar.

Qrupda birinci yeri tutan komanda aprelin 1-9-da Hollandiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Etikxeber.az

Read Previous

SS-520 miniraketinin kosmosa buraxılışı təxirə salındı…

Read Next

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir