Voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib

2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib.

Etikxeber.az  verir ki, yarışda 16 komanda birincilik uğrunda mübarizə aparacaq.

Avropa çempionatında ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, “Avro-2015”in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmaları yarışacaq. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus qoşulub. Pley-off mərhələsində Çexiya, Ukrayna və Macarıstan da onaltılıqda iştirak hüququ qazanıb.

“Avro-2017”də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup – biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın yarımfinal və final oyunları da paytaxtımızda təşkil olunacaq.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan “Space”-yə nə dedilər?

Read Next

Cavid Qurbanov: ” Yaxın günlərdə Qazaxıstanda Azərbaycan logistik mərkəzinin açılışı olacaq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir