Voleybolçularımız yarımfinalda – FOTO- YENİLƏNİB (2)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar

az-alman

Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.

Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə qarşılaşacaqlar.

Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq böyük fərqlə qələbə qazanıb – 25:18.

***

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib – 25:20.

18:02

Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar.

Yarımfinalın sonuncu iştirakçısı saat 20:30-da Rusiya və Türkiyə voleybolçuları arasında qarşılaşmadan sonra müəyyənləşəcək.

Etikxeber.az

Read Previous

“Yaqlandın çağırışı heç bir əhəmiyyətə malik deyil…” – AŞPA-NIN KOMİTƏ SƏDRİ

Read Next

“Hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib…” – HƏRBİ PROKUROR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir