Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli Prezident Əliyev.
Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qalib gəlməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi möhkəm əsaslar üzərində qurulmuş uğur yolu ilə irəli aparmaq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Yeni Azərbaycan Partiyasının qələbəsi partiyanızın cəsarət və məsuliyyətinin ifadəsi, Sizin bu partiyanın lideri kimi dövlətin və xalqın inkişafına verdiyiniz töhfənin təcəssümüdür. Aydın siyasi mövqeyinizi, tükənməz enerjinizi və işinizə bağlılığınızı yüksək qiymətləndirirəm. Azərbaycanın böyük müvəffəqiyyətlər əldə etməsi səmimi dostunuz kimi məni çox sevindirir.
Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafına verdiyiniz şəxsi töhfənizə görə Sizə çox minnətdaram. Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Serbiya Azərbaycanın səmimi və etibarlı dostu və tərəfdaşı olaraq qalır. Ümid edirəm ki, səmimi və həqiqi dostluğumuz gələcəkdə bütün sahələrdə daha uğurlu əməkdaşlıqla nəticələnəcək.
Serbiyanın mühüm dövlət və milli maraqlarını, xüsusilə Kosovo məsələsi ilə bağlı mövqeyini dəstəklədiyinə görə Azərbaycana böyük minnətdarlığımı bildirməklə yanaşı, BMT-nin bütün üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyimizi, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə inamımızı bildirmək istərdik.
Fürsətdən istifadə edərək, Zati-aliləri, bir daha Sizə səmimi salamlarımı və dərin ehtiramımı bildirirəm”.
Etikxeber.az