Vurğun Əyyub – DƏFN EDİLDİ – YENİLƏNİB – (1)

Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, “Müsavat” başqanının eks müavini, “Çənlibel” Hərəkatının yaradıcılarından biri və sədri olan Vurğun Əyyub uzun sürən xəstəlikdən sonra vəfat edib.

Etikxeber.az xəbər verir ki, bu barədə mediaya V. Əyyubun ailəsindən bildirilib.

Qeyd edək ki, V. Əyyub onkoloji xəstəlikdən əziyyət çəkirdi.

V. Əyyub bu gün, sentyabrın 24-də 62 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.

***

V. Əyyubla vida mərasimi başlayıb.

Vida mərasimi mərhumun evində keçirilir.

Mərasimdə ictimai-siyasi xadimlər, ziyalılar və tanınmış şəxslər iştirak edirlər.

***

V. Əyyub dəfn edilib.

V.Əyyub Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Xalq artistlərinin yeznəsi avtoqəzada faciəli şəkildə dünyasını dəyişdi… – YENİLƏNİB

Read Next

Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisi ilə bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir