VVAQ üçün tələb olunan sənədlərin sayı azaldılır

Ölkədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

Etikxeber.az  məlumat verir ki, bununla bağlı Milli Məclisin (MM) bu gün keçirilən  yaz sessiyasının ilk plenar iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin hazırki variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

Təklif edilən yeni dəyişikliyə əsasən isə bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.

Dəyişikliklərin edilməsində məqsəd “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasını təmin etməkdir.

Ailə Məcəlləsinə yeni dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kimlər fərdi identifikasiya kartının alınması üçün müraciət edə bilər? – DƏYİŞİKLİK

Read Next

Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir