“Walt Disney” musiqiləri Heydər Əliyev Sarayında təqdim olundu

Heydər Əliyev Sarayında “Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” adlı konsert proqramı təşkil olunub.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə tamaşaçılara sevilən “Walt Disney” musiqiləri təqdim olunub.

Konsertdə, həmçinin maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən “Aslan Kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və bədheybət” (Beauty and the Beast), “Ələddin” (Aladdin), “Su Pərisi”(The Little Mermaid), “Mulan” (Mulan), “Pinokkio” (Pinocchio), “Anastasiya” (Anastasia) və digər ən məşhur “Walt Disney” cizgi filmlərindən kompozisiyalar səsləndirilib.

“Baku Sinfonietta” orkestrinə dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə rəhbərlik edib.

Konsert çərçivəsində “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov və “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova biri-birindən maraqlı və möhtəşəm musiqi nömrələri səsləndiriblər.

Etikxeber.az

Read Previous

Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurdu

Read Next

İki fakt üzrə 23 mindən artıq siqaret aşkar edildi-Gömrük Komitəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir