Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Orqan transplantasiyasının aparılması üçün dövlət tərəfindən icazənin yalnız xəstəxanalara deyil, ayrı-ayrı həkimlərə də verilməsi təklif edilir.
Etikxeber.az xəbər verir ki, bunu tibb elmləri doktoru Nuru Bayramov martın 12-də Milli Məclisin (MM) Səhiyyə komitəsinin orqan transplantasiyası üzrə keçirilən dinləmələrində çıxış edərkən deyib.
O, qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən, transplantasiyanın aparılması üçün icazə həkimlərə deyil, yalnız xəstəxanalara verir.
Onun sözlərinə görə, amma dünya təcrübəsində həkimlərə də orqan tranplantasiyasının aparılması üçün icazə verilir.
“Ona görə də dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da xəstəxanalarla yanaşı, mütəxəssislərə də tranplantasiyanın aparılması üçün icazə verilsin”-deyə, N. Bayramov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az